Xəbər lenti

Dünya 12:05 20.08.2018

Taliban 170 nəfəri əsir götürdü

Taliban terror təşkilatı Əfqanıstan hökümətinin Qurban bayramı ilə əlaqədar elan etdiyi atəşkəsə baxmayaraq hücumları davam etdirir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, terrorçu qrup Takhardan paytaxt Kabilə gedən 3 avtobusu saxlayıb və ümumilikdə 170 sərnişini əsir götürüb. Qunduz əyalətinin rəsmisi Məhəmməd Yusid Əyubi bildirib ki, Taliban üzvləri hökümət və təhlükəsizlik nümayəndəsi axtarıblar, lakin istəklərinə nail ola bilməyiblər.

Əfqanıstanın prezidenti Əşrəf Qəni Talibana atəşkəs müraciəti ünvanlamışdı.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->