Xəbər lenti

Ukrayna Avropa ilə “Telegram”ın bloklanmasını müzakirə edir
Dünya 16:00 30.04.2024

Ukrayna Avropa ilə “Telegram”ın bloklanmasını müzakirə edir

Ukrayna hakimiyyəti Avropa İttifaqı ilə birlikdə Telegram messencerinin tənzimlənməsi, o cümlədən onun mümkün bloklanması və cərimələri müzakirə edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Milli Televiziya və Radio Yayım Şurasının rəhbəri Olqa Gerasimyuk məlumat verib.
 
O, həmçinin Ukrayna rəsmilərinə və dövlət təşkilatlarına Telegram hesabları yaratmağı qadağan etməyi təklif edir.

Onun sözlərinə görə, Kiyev Telegram-ı bloklanmağa və cərimələməyə imkan verən tənzimləmə obyekti olan rəqəmsal platformalar siyahısına daxil etməyi təklif edir. Telemarafon zamanı Gerasimyuk izah edib ki, "qanun pozuntusuna yol verildikdə (platforma - red.) cərimə oluna bilər. Bu siyahıda olan digər şirkətlər kimi”.

Qeyd edək ki, ötən həftə Telegram-ın yaradıcısı Pavel Durov bildirib ki, messencer administratorları hərbi zərbələr üçün məlumat toplayan hesabları bloklayır. Dünən, aprelin 29-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) rəsmi departamentlərin bir neçə chat botunun bloklandığını elan edib. Elə həmin gün onlar blokdan çıxarılıb. Telegram onların bloklanmasını xəta kimi izah edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->