Xəbər lenti

Sənət 12:02 09.04.2024

Tərcümə Mərkəzindən yeni kitab - Orfoqrafiya luğətindən hansı sözlərin çıxarılıb?

Dövlət Tərcümə Mərkəzi "Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan spzlərin Təsnifatı” kitabını nəşr edib.

Bu barədə Qaynarinfo-ya Mərkəzdən daxil olan açıqlama bildirilir. 

Kitabda orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz quramaları və səs təqlidlərinin, qeyri-işlək ərəb, fars, monqol, hind, çin, rus, ingilis, fransız və s. xarici söz və ifadələrin, əcnəbi mağaza, maşınyuma məntəqəsi, sayt, portal, təmir, istehsal, ticarət şirkətləri, xarici adam adları və soyadları və s. toplanıb. İirihəcmli bu kitabda toplanan sözlər  Nəsimi adına Dilçilik İnstitutunun 2013 və 2021-ci ildə nəşr etdiyi "Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılmış sözlərdir.

Açıqlamada daha sonra qeyd edilir:

"Milli dil mənzərəmizin mənbəyi, söz ehtiyatımızın rəsmi qaynağı olan "Azərbaycan dilinin orfoqrafiya lüğəti” kimi dövlət əhəmiyyətli vəsaitimizin illər uzunu "dilimizin zənginləşdirilməsi”, "söz ehtiyatımızın artırılması” adı altında minlərlə (ümumi sayı 60 000-dən çox) yararsız, çox hallarda milli varlığımızı aşağılayan söz və ifadələrlə doldurulmasını əks etdirən kitab "Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə yer almış qüsürlu söz və ifadələrin illər və nəşrlər üzrə artım statistikası” adlı giriş bölümü ilə açılır və "Söz quramaları”, "Səs təqlidləri”, "Yazılışı, yaxud mənası qüsurlu sözlər”, "Yazılışı müxtəlif qaydada verilmiş sözlər”, "Qeyri-işlək ərəb, fars, rus və digər əcnəbi sözlər”, "Şifahi danışıq elementləri, loru ifadələr”, "Sözlərə dair lüzumsuz hallandırmalar”, "Məhdud sahəvi terminlər” kimi bölümlərlə davam etdirilir”.

Dil və lüğətçilik sahəsinin tədqiqi üçün nəzərdə tutulmuş vəsaitin tərtibçisi – Xalq yazıçısı Afaq Məsud, texniki redaktorları – Bəhlul Abbasov, Fərrux Rzayev və Selcan Abbasovadır.

Kıtabın ön sözündə deyilir: "Nəzərinizə təqdim edilən "Azərbaycan dilinin orfoqrafiya lüğətindən çıxarılan sözlərin təsnifatı” kimi, ilk baxışda qəribə ad daşıyıcısı olan bu kitab – dövlət dilinin, eləcə də milli söz ehtiyatımızın müstəsna və rəsmi mənbəyi, Ana dilimizin qanun sənədi sayılan milli orfoqrafiya lüğətimizin son nəşrlərində (Nəsimi adına Dilçilik İnstitutu; 2013, 2021) aşkar edilmiş minlərlə (ümumi sayı 60 000-dən çox) əcaib mənalı söz quramalarını, leksik, qrammatik, orfoqrafik xətaları, heyvan, maşın, qapı, quş və s. səslərini, qeyri-işlək ərəb, fars, eləcə də rus, ingilis, fransız, alman, ispan, polyak, Niderland, yunan, yapon, erməni, efiop, fin, makedon hind, italyan, monqol, Belarus, Çin və s. xarici söz və ifadələri, əcnəbi şirkət, dükan, maşınyuma, təmir məntəqəsi, sayt, portal, ad və soyadları, hətta əcnəbi söyüş və jarqonları belə bir araya toplamaqla, az qala, bir əsrlik lüğətçilik tariximizdə yaşanan acı mənzərəni və daha acınacaqlısı – Azərbaycan xalqının milli-mental varlığının, mədəniyyət və tarixinin, duyğu, düşüncə, özünüifadə və ünsiyyət özəlliyinin bilavasitə aynası olan Ana dilimizə yarıtmaz münasibəti əks etdirir”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?