Ölkə 16:19 19.08.2018

Tərlan Şıxlının ilk kitabı çap olunacaq - "Rəngli şarlar"

Sosial şəbəkələrdə gənclərin "Mütəfəkkir" təxəllüsü ilə tanıdıqları gənc yazıçı Tərlan Şıxlı ilk kitabını çapa hazırlayır.

Qaynarinfo xəbər verir ki, o, artıq "Qanun" Nəşriyyat Evi ilə müqavilə imzalayıb. "Rəngli şarlar" adlı altında nəşr olunacaq kitabda yazıçının bir sıra hekayələri və novellaları yer alacaq. 

50-dən çox hekayə və novellanın müəllifi olan yazıçı hekayələrində cəmiyyətdə gedən proseslər, sevgi, dürüstlük, riyakarlıq, erkən nikahlar, milli mənəvi dəyərlər və bir çox mövzulara toxunub.
 
Kitabın sentyabr ayında oxuculara təqdim ediləcəyi gözlənilir.