Dünya 09:42 21.01.2018

Terror qruplaşması Rusiyanı düşmən elan etdi

"Afrin hərəkatında Rusiya da ən az Türkiyə qədər məsuliyyət daşıyır. Türkiyənin ortağıdır".

Qaynarinfo-nun məlumatına görə, bunu İraq Regional Hökumətinin mətbuat orqanı olan "Rudaw"a açıqlamasında YPG rəsmiləri bildiriblər.

Rusiyanın Türkiyənin tərəf müqabili elan edilməsi ilə bağlı açıqlamada bildirilib ki, türk əsgərlərinin dünyadan və xüsusilə də Rusiyadan icazə almadan bu əməliyyata girişə bilməyəcəyini çox yaxşı bilirik. Rusiya Afrindəki əsgərlərini geri çəkərək Türkiyənin apardığı əməliyyatlara dolayısı il dəstək vermiş və tərəf müqabili olmuşdur. Bu səbəbdən Rusiya da ən az Türkiyə qədər bu məsələdə məsuliyyət daşıyır.