Xəbər lenti

Dünya 18:02 15.04.2024

"Tesla" işçilərinin 10%-dən çoxunu ixtisar edəcək

ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" işçilərinin 10%-dən çoxunu ixtisar edəcək.

Qaynarinfo "The Moscow Times”a istinadən xəbər verir ki, bu barədə texnologiya sektoru üzrə ixtisaslaşan "Electrek” nəşri bazar ertəsi şirkətin daxili yazışmalarına istinadən məlumat yayıb.

"Tesla"nın illik hesabatına əsasən 2023-cü ilin dekabrına olan məlumata görə, şirkətin dünya üzrə 140.473 işçisi var. "Electrek” nəşri tərəfindən açıqlanan ixtisarlar təxminən 15.000 işçini əhatə edə bilər.

"Tesla" nəşrin sorğusuna dərhal cavab verməyib. 

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?