Xəbər lenti

Video 12:20 25.08.2018

"Tesla"ya rəqib: "Kalaşnikov" elektriklə işləyən avtomobil istehsal edəcək (VİDEO)

Rusiyanın və dünyanın ən nəhəng silah istehsalı şirkətlərindən olan "Kalaşnikov" elektriklə işləyən avtomobil istehsal edəcək.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin özü açıqlama yayıb.

Məlumatda elektrikli "supercar" texnologiyası üzərində çalışdıqları bildirilib. Avtomobilin görüntüsü isə 70-ci illəri xatırladır.

"Cv-1" adı verilən modelin prototipinin Moskvada təqdimatı olub. Müasir texnologiyaya sahib olan avtomobil bir dəfə tam enerji yığdıqdan sonra 350 kilometr məsafə qət edə bilir.

Açıqlamada həmçinin bildirilib ki, bu avtomobil dünyanın Tesla kimi öndəgələn istehsalçı şirkətləri ilə rəqabət etmə qabiliyyətinə sahib olacaq.

"Texnologiyamızı inkişaf etdirərkən qlobal avtomobil bazarının liderlərinin təcrübələrindən ilham aldıq".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->