Türkiyənin Çorum şəhərində baş verən ağır qəzada ölənlərin sayı artıb.
Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, avtobusun yük maşınına çırpılması nəticəsində ölənlərin sayı 10-a çatıb. 18 nəfər isə yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının arta biləcəyi deyilir.
***09.57
Türkiyənin Çorum şəhərində avtobus parking vəziyyətində olan yük maşınına çırpılıb.
Qaynarinfo Hürriyet-ə istinadən xəbər verir ki, Osmancık bölgəsində baş verən hadisədən sonra avtobus alov alıb. Yanğınsöndürənlər yanğına müdaxilə edib.
İlkin məlumatlara görə, 6 nəfər ölüb, 19 nəfər yaralanıb.
Gülşən
Şərhlər