Ukrayna və Rusiya arasında əsir mübadiləsi baş tutdu (FOTOLAR)

Ukrayna və Rusiya arasında əsir mübadiləsi baş tutdu (FOTOLAR)

Ukrayna və Rusiya arasında əsir mübadiləsi həyata keçirilib.

Qaynarinfo xəbər verir ki, tərəflərin hər biri 35 nəfəri azad edərək ölkəsinə yola salıb. Rusiyanın azad etdiyi şəxslər arasında ötən ilin noyabr ayında Kerç boğazında həbs edilən 24 dənizçi, 2014-cü ildə terrorçuluq ittihamı ilə azadlıqdan məhrum edilən rejissor Oleq Sentsov və digər siyasi məhbuslar yer alıb. 

Kiyevə eniş edən təyyarə Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən qarşılanıb. 

Təyyarələr Kiyev və Moskvaya çatmamışdan əvvəl iki ölkə rəhbəri Vladimir Zelenski və Vladimir Putin arasında telefon danışığı olub.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR