Xəbər lenti

Dünya 18:02 22.04.2013

Universitet professorunu meşədə zorladılar

Papua Yeni Qvineyada iqlim dəyişikliyinin ekzotik quşlar üzərindəki təsirini araşdıran 32 yaşlı amerikalı professor meşədə 9 nəfər tərəfindən təcavüzə məruz qalıb. 

Qaynar.info-nun məlumatına görə, hadisə ötən həftə ölkənin Madanq əyalətinin Karkar adasında yerləşən meşədə baş verib. Adı açıqlanmayan qadın professor əri və bir yoldaşı ilə meşədə gəzərkən hücuma məruz qalıblar. 

Naməlum şəxslər qadının əri ilə yoldaşını soyunduraraq ağaca bağlayıblar. Daha sonra qadını soyunduraraq ona 20 dəqiqə ərzində təcavüz ediblər. 

Polis məsələ ilə bağlı araşdırma apardıqlarını, hələ ki saxlanılanların olmadığını bildirib. 

Qaynar.info


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?