Video 12:21 28.11.2017

Valideynləri üçün darıxan iki qardaşın ürəkdağlayan səyahəti (VİDEO)

Valideynləri üçün darıxan iki qardaş onların yanına getmək üçün avtobusun altında gizləniblər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çində baş verib. Azyaşlılar şəhər mərkəzinə qədər 80 kilometr yolu avtobusun altında gizlənərək gediblər. Avtobus qaraja çatanda təhlükəsizlik əməkdaşları tərəfindən tapılan 2 qardaşın görüntüləri izləyənləri kövrəldib.
 
Quanqdonq əyalətinin Quanqxi kəndində internatda qalan uşaqların 8-9 yaşlarında olduğu məlum olub. Üst-başları palçığa batan uşaqlar xoşbəxtlikdən heç bir xəsarət almayıblar.

Qeyd edək ki, Çində əksər valideynlər çalışmaq üçün uşaqlarını nənə və babalarının yanına qoyub, şəhər mərkəzinə getməyə məcbur olurlar.