Xəbər lenti

Sənət 13:13 08.04.2024

Xalq artisti: "Yaşamaq istəyirəm..."

"Yaşamaq istəyirəm, bundan sonrakı həyatda ağrılardan, acılardan uzaq bir ömür arzulayıram".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Valeh Kərimov deyib.

Aktyor bildirib ki, ağrı-acıdan uzaq həyat hər adama nəsib olmur:

"81 yaşıma keçdim. Bu illər ərzində ağrılı-acılı günlərim də olub. Bundan sonra özümə problemsiz, sağlam bir həyat arzulayıram. Başqa mənə heç nə lazım deyil".

Aktyor Suraxanı rayonunda onun 80 illik yubileyinin keçiriləcəyini vurğulayıb:

"Yubileyim bir çox teatrlarda keçirilir. Bugünki tədbir isə də Mədəniyyət Nazirliyi ilə Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilir. Zəng vurub dedilər ki, sizə yubiley keçiririk, doğrusu gözləmirdim, mən də çox sevindim". 

Bahar Rüstəmli


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?