Xəbər lenti

Sənət 13:55 15.04.2024

Xalq artistindən Elzanın etirazına reaksiya: "Qadın qadın kimi, kişi də kişi kimi qalmalıdır"

"Bu biabırçılıqdır. Görün yazıq uşağı hansı vəziyyətə salıblar".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Təranə Muradova qız uşaqlarının "Tərəkəmə" rəqsinə oğlan kimi oynamasını nümayiş etdirən görüntüdən danışarkən deyib. 

Təranə Muradova görüntüdən şok olduğunu əlavə edib:

"Bu nədir? Uşaqdır, onun gələcəyi var. Nəyə görə telekanallar buna göz yumur? Nəyə görə bəzi dəllarlar Azərbaycan mədəniyyətini xalqımıza bu gündə təqdim edirlər? Olmaz, bu uşaqdır, onun gələcəyi var. Elza xanım düz deyir. Bu havanı Əminə Dilbazi, Afaq Məlikova, Roza Cəlilova kimi rəqqasələrimiz oynayıb. Baxın, görün onlar bu rəqsi necə ifa edib. Kaş ki, qız uşağı bu rəqsi oğlan kimi oynamayardı. Qız belə rəqs edə bilməz. İfa özü də çox nöqsanlıdır. İfa olduqca pis gündədir. Qızlar oğlan, oğlanlar isə qızlar kimi rəqs edirlər. Bu videoya baxdım, şok oldum. Valideynlər hara baxır? Televiziya rejissorlar var, onlar bu biabırçılığı görmür? Ayıbdır axı".

Təranə Muradova bu məsələdə müəllimləri ittiham edib:

"Son vaxtlar baxıram ki, müəllimlər bəzi rəqsləri bərbad günə qoyurlar. Bizim adət-ənələrimiz var. Xoreqrafiya sənətini bərbad günə qoyublar. Qadın qadın kimi, kişi də kişi kimi qalmalıdır. Rəqslər də müasirləşir. Amma bu o demək deyil ki, qadın çıxıb kişi kimi oynamalıdır. Müasirləşməliyik, amma qadını kişiyə "çevirmək" olmaz. İmkan verməsinlər ki, belə rəqslər sosial şəbəkələrdə paylaşılsın. Xalqın zövqünü, tarixi korlamasınlar. Rəqs bir yerdə dayanmır, inkişaf edir. "Tərəkəmə" xanım rəqsidir. Özfəaliyyət rəqs məktəbləri uşaqlara rəqsləri bərbad gündə öyrədir. Buna bir son verilməlidir. Biz mədəniyyətimizi, tariximizi itiririk. Bilmirəm kimə müraciət edim, amma buna son qoyulmalıdır".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?