Xəbər lenti

İdman 18:29 22.04.2024

Xavi "Barselona" ilə bağlı qərarını dəyişdi

"Barselona"nın baş məşqçisi Xavi mövsümün sonunda klubdan getmək barədə qərarını dəyişib və 2025-ci ilə qədər komandada qalmağa hazırdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, mütəxəssis yaxın vaxtlarda klub prezidenti Xuan Laporta və idman direktoru Deko ilə görüş keçirərək əməkdaşlığın mümkün davam etdirilməsi ilə bağlı müzakirələr aparacaq. Onun hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.

Yanvarın 27-də İspaniya çempionatının 22-ci turunun matçında "Barselona" doğma meydanda "Vilyarreal"a uduzub (3:5). Oyundan sonra Xavi mövsümün sonunda "Barselona"nın baş məşqçi postunu tərk edəcəyini açıqlamışdı. Mütəxəssis ayrılmaq qərarını klubun kursu dəyişməli olması ilə izah edib.

"Barselona" İspaniya çempionatının turnir cədvəlində ikinci yerdədir. Xavinin komandası 32 turda 70 xal toplayıb və lider "Real Madrid"dən 11 xal geri qalır. Eyni zamanda, Kataloniya komandası Çempionlar Liqasındakı çıxışını 1/4 final mərhələsində Fransa PSJ-sinə uduzub - 4:6.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->