Dünya 19:52 25.02.2018

Xeops ehramının sirri açıldı

Antik dünyanın 7 möcüzəsindən bu günə qədər gəlib çıxan yegənə tikili olan Xeops ehramının quruluşunun sirri ortaya çıxıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 4500 illik tarixi olan piramidanın yuxarı hissəsi qeyri-bərabər olsa da, şimal, cənub, sərq və qərb tərəfləri olduqca dəqiq tikilib.

Mühəndis Qlen Daş Xeops piramidasının quruluşunun sirrini açdığına inanır. Onun fikrincə bunun sadə açıqlaması var: payız gecə-gündüz bərabərliyi

O, Xeops, Xefren və Mikerin piramidalarının əsas istiqamətlərindən saat əqrəbinin əksi istiqamətində döndüklərini yazıb. Qlen bu tədqiqatını sübut etmək üçün 22 sentyabr 2016-cı ildə - payız gecə-gündüz bərazbərliyi zamanı taxta maketdən istifadə edərək təcrübə aparıb. Məlum olub ki, həmin gün kölgənin ucu şərqdən qərbə doğru düz xətt üzrə irəliləyir.