Xəbər lenti

Ölkə 22:47 24.08.2013

Yadigar Sadıqovun həbs müddəti daha bir ay artırıldı

Bu gün Lənkəran şəhərində keçirilən məhkəmədə Müsavat başqanının 2 ay öncə həbs edilmiş müşaviri Yadigar Sadıqovun həbs müddəti daha bir ay uzadılıb. 

Bu barədə Y.Sadıqovun vəkili Xalid Bağırov onun dostu və müdaifiə komitəsinin rəhbəri Elman Fəttaha məlumat verib. 

Xatırladaq ki, ictimai-siyasi fəallığı ilə seçilən Yadigar Sadıqov iki ay öncə Lənkəranda zorla cəlb edildiyi, ancaq sona qədər təmkin göstərərək qarışmadığı insidentə görə saxlanılıb. Özünü "müharibə veteranı" kimi təqdim edən şəxs siyasi fəalın üzünə durur, ona xəsarət yetirməkdə günahlandırır. Y.Sadıqovun tərəfdarları isə həmin adamı öyrədilmiş narkoman olduğunu iddia edir, keçmişinin qaranlıq olduğunu vurğulayırlar.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?