Xəbər lenti

Foto 15:15 06.07.2018

Yardımlıda meşədə baş vermiş yanğın lokallaşdırılıb (FOTOLAR)

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu sahəsində baş verən yanğının söndürülməsinə cəlb olunan Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yerli icra hakimiyyəti nümayəndələrinin və rayon sakinlərinin fədakarlığı nəticəsində bu gün yanğın lokallaşdırılıb.

Bu barədə Qaynarinfo-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, bir neçə ərazidə tüstülənmə müşahidə olunur.

Lokallaşdırılan ərazilərdə olan yanğının və tüstülənmənin tam qarşısını almaq istiqamətində işlər davam etdirilir, çətin keçilən ərazilərə texnika da cəlb olunub.

Qeyd edək ki, 5 iyulda Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi çətin keçilən dağlıq ərazidə yanğın hadisəsi baş verib. Havaların anomal isti və quru keçməsi, həmçinin küləkli olması yanğının tam söndürülməsində çətinlik yaradıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->