Dünya 12:35 09.12.2019

Yeyilən 125 min dollarlıq postmodern banan polis nəzarətinə götürüldü

İtalyalı sənətçi Maurizio Katellanın "divara yapışdırılan banan" əsərini həmkarı David Datuna yediyi üçün dünyanın ən bahalı bananına xüsusi mühafizəyə alınıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, posmodern üslubda hazırlanan əsəri artıq polis qoruyacaq.

Xatırladaq ki, Datuna sosial şəbəkə hesabında bananı yeməsinin videosunu paylaşmışdı. Onun bu hərəkətinə tamaşaçılar etiraz etib, lazkin sənətçi bunun sadəcə fikir olduğunu və bananın elə də böyük əhəmiyyəti olmadığını deyib.

Qeyd edək ki, Maurizio Katellan qlobal ticarəti tənqid etmək məqsədilə əsərdən 3 ədəd hazırlayıb. 2 versiya 125 minə, 3-cü postmodern banan isə 150 min dollara satılıb. Alıcılara əsərlə birlikdə orjinallıq sertifikatı da verilib. Belə ki, banan çürüdüyü təqdirdə, sahibləri onu yenisi ilə əvəz edə biləcəklər.
 
Camal