"Instagram"ın təsisçilərindən biri Kevin Sistromun fikrincə, sözügedən xidmət populyarlıq və istifadəçi bazasının həcminə görə "Facebook" sosial şəbəkəsini ötərək dünyanın ən böyük xidmətinə çevrilmək üçün bütün şanslara malikdir.
2012-ci ildə sosial şəbəkə "Instagram" xidməti üçün 1 milyard dollar ödəyib. O vaxtdan etibarən xidmətin istifadəçilərinin sayı üç dəfə artıb və hazırda 130 milyondan çox təşkil edir.
"Tech.onliner.by" saytı bildirir ki, Sistrom 6 saniyəlik videoçarxlar çəkməyə imkan verən "Vine" tətbiqi ilə bağlı heç bir narahatçılıq keçirmədiyini dilə gətirib.
O, "Fast Company"-yə verdiyi müsahibəsində deyib ki, "Instagram" tempi aşağı salmadan inkişaf etməyə davam edir.//Ictnews.az
Qaynra.info
Şərhlər