Dünya 12:20 03.05.2017

Dünyanın ən təhlükəli və qeyri-adi əraziləri - FOTOLAR

"Qaynar" "CNN"ə istinadən dünyanın ən təhlükəli və maraqlı yerləri, qeyri-adi hadisələrini təqdim edir.



Formula Rossa sürət qatarı Abu Dabidə yerləşir və dünyanın ən sürətli atraksionu hesab olunur. Qatar 4,9 saniyədə 240 km/saat sürətə çata bilir.


1000-dən çox şəxsin iştirak etdiyi Buğa yarışları hər il İspaniyada təşkil edilir və onlarla insanın yaralanması, ölümü ilə nəticələnir.


Əl Marmoom dəvə yarışları Orta Şərq insanlarının əyləncələrindəndir. Dəvələrin kürəyinə onları qamçılamaq və sürətli qaçmalarını təmin etmək üçün xüsusi robotlar yerləşdirilir.


Çernobl. Çernoblda baş vermiş nüvə qəzasından 30 ildən uzun müddət keçməsinə baxmayaraq, ərazi dünyanın ən təhlükəli yerlərindəndir.


Ölüm Dərəsi Milli Parkı ABŞ-ın Kaliforniya ərazisində yerləşir və dünyanın ən isti ərazisi hesab olunur.


Xizəklərə qoşulan itlərin yarışı. Hər il ABŞ-ın Alyaska ərazisində təşkil edilən yarışlar 8 gün boyunca davam edir və itlər 1000 mildən çox məsafəni -50 C temperaturda qət edirlər. 


Hindistanın Masinram ərazisi yağışları ilə məşhurdur. Belə ki, ərazi dünyanın ən rütubətli yeri adını qazanıb.


Teahupoo qəsəbəsi. Taitidə yerləşən Teahupoo qəsəbəsi sahilləri sörfinq üçün ən əlverişli, həmçinin insan həyatı üçün ən təhlükəli dalğalar hesab edilir. 


İngiltərənin Qlauster ərazisində yerləşən Kuper təpəsində təşkil olunan yuvarlanmaq yarışı olduqca təhlükəlidir.


Taylandda təşkil olunan fillərin polo yarışı ən qeyri-adi hadisələrdəndir.


Türkmənistanda yerləşən Cəhənnəm Qapısı təxminən 40 il əvvəl təsadüfən kəşf olunub və böyük qaz oyuğu hələ də yanmağa davam edir.


Oymyakon qəsəbəsi. Rusiyada yerləşən Oymyakon dünyanın ən soyuq bölgəsi hesab edilir. Qışda Orta temperatur -50 C olan ərazidə 500 sakin yaşayır.


Konqo Demokratik Respublikasında yerləşən Konqo çayı dünyanın kanoye idman növü ilə məşğul olmaq üçün ən əlverişli və təhlükəli bölgələrindən biridir.


İsveçrədə yerləşən Verzaska vadisi bungee jumping-lə məşğul olmaq üçün ən əlverişli yerlərdən hesab olunur. Belə ki, burada 220 metrdən tullanmaq mümkündür. 


Cheve mağarası. Meksikada yerləşən bu yer dünyanın ən dərin mağaralarından biridir. 1980-ci illərdə kəşf olunan mağara hələ də tədqiq olunur.


Gülşən

Qaynar.Az