Dünya 17:23 18.05.2017

Enerji inqilabı baş verəcək: Çin dənizdən "yanar buz" çıxardı

Çin Geoloji Araşdırmalar Bürosu açıqlayıb ki, Cənubi Çin dənizində yanar buz çıxarmağa nail olublar.

"Qaynarinfo" "Top News" saytına istinadən xəbər verir ki, Hon Konqdan 285 km aralıda, Cənubi Çin dənizinin şimal hissəsində 1266 m dərinlikdən çıxarılan "yanar buz" enerji sahəsində inqilabi tapıntı hesab olunur. "Yanar buz"  su və təbii qazın yüksək təzyiq altında və aşağı temperaturda sıxılması nəticəsində yaranan kristal maddədir və çox qiymətli təbii ehtiyyat hesab olunur. Qeyd edək ki, bu maddədən gündəlik qaz istehsalı 10 min kubmetrə qədər çata bilir.

Yaponiya 2013-cü ildən bu maddənin yerləşdiyi mədən axtarışına çıxsa da, heç bir nəticə əldə olunmamışdı. Bildirilir ki, bu tapıntı ilə Çin yeni inkişaf dövrünə qədəm qoyacaq və dünyanın enerji siyasətində də ciddi dəyişikliklər baş verəcək.

Qeyd edək ki, faydalı qazıntının dünyada miqdarı kömür, təbii qaz və neftin ümumi miqdarından iki dəfə çoxdur.

Gülşən

Qaynarinfo.Az