Ölkə 20:10 05.06.2018

1 milyonluq təklif alan aktrisa: "Bunun azərbaycanlılarla əlaqəsi yoxdur"

"Əziz, azərbaycanlılar. Sizdən o qədər mesajlar gəldi ki, izah etməyə ehtiyac duydum. Hadisənin sizinlə heç bir əlaqəsi yoxdur". 

Qaynarinfo xəbər verir ki, bu sözləri "Instagram”da Moskvada yaşayan azərbaycanlı iş adamının 1 gecə üçün 1 milyon avro təklif etdiyi türk aktrisa Özge Borak yayıb.

Azərbaycanlı "Instagram" istifadəçilərinin sərt reaksiyası ilə üzləşən aktrisa ikinci açıqlamanı verib. O, bu mesajı bütün azərbaycanlılar aid etmədiyini bildirib: "Yazılanın düzgün olduğunu, kim olduğu, haralı olduğunu da bilmirəm. Yazılana inanmamışam da, gerçək olub-olmadığı da məni maraqlandırmır. Ona görə də adını açıqlamadım. Etdiyi zarafat da olsa, qəbulolunmazdır. Belə bir hədsizliyi qəbul edə bilmərəm. Sırf "azəriyəm” dediyi üçün, bu mesajı bütün azərbaycanlıların adına çıxartmaq ən böyük xətadır. Mən sadəcə belə insanlar var aramızda deyirəm. Bu qədər. Ağlı yerində olan hər kəsə sevgilər".