Dünya 18:40 24.04.2022

Volqoqradda dükanların piştaxtaları “keçəlləşdi”

Volqoqradın diqqətli sakinləri supermarketlərin çeşidində dəyişiklikləri müşahidə ediblər.

Qaynarinfo bu barədə "Rosbalt"a istinadən xəbər verir.

Şəhər sakinlərinin sözlərinə görə, mağazalarda pştaxtalar "keçəlləşib”.

"Bir çox mağazalarda piştaxtaların bu başından o başınacan eyni adda məhsulu düzməyə başlayıblar. Məsələn, bu yaxınlarda mağazaya getdim və bütün rəf boyu bir ayı balası deserti düzülmüşdü. Bu peçenye də, bəzi içkilər də beləcə seyrəkləşib. Deyəsən, artıq heç kim heç nə almır, basabas yoxdur, hamı sakitləşib”, - V1.ru portalı volqoqradlı qadının danışdıqlarından sitat gətirib.

Ticarət Komitəsindən bildirilib ki, şəhərin mağazalarında qıtlıq yoxdur: 

"Hazırda Volqoqrad vilayətində müxtəlif qiymət seqmentində və keyfiyyətdə mallar təklif edən 18 mindən çox pərakəndə satış məntəqəsi var. Hətta tədarük zəncirlərinin məcburi dəyişməsini və az sayda xarici şirkətlərin bazardan çıxmasını nəzərə alsaq belə, tələb olunan kateqoriyalı mallarda çatışmazlıq yoxdur”.

Eyni zamanda, idarədən əmin ediblər ki, hər hansı mal qıtlığı ilə bağlı sahibkarlardan və ya pərakəndə satış şəbəkələrinin nümayəndələrindən məlumat daxil olmayıb.

Alpər