XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Prezident Jalə Əliyeva ilə bağlı sərəncam imzaladı
Siyasət10:37 05.10.2026

Prezident Jalə Əliyeva ilə bağlı sərəncam imzaladı

Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Jalə Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Jalə Əliyeva Milli Məclisin III, IV, V, VI və VII çağırış deputatıdır. Bu gün onun 60 yaşı tamam olur.