Azərbaycan millisi bu gün Litva ilə qarşılaşıb.
Qaynarinfo Fanat.Az-a istinadən xəbər verir ki, yığmamız Abdulla Xaybullayevin vurduğu qol ilə 1:0 hesablı qələbə qazanıb.
Oyundan sonra Litva millisinin baş məşqçisi Edqaras Yankauskas jurnalistlərin suallarını cavablandırıb:
"İki eyni səviyyəli komandanın mübarizəsi idi. Çox təəssüf ki, biz qol vura bilmədik, ancaq Azərbaycan bunu bacardı. Onları qələbə münasibəti ilə təbrik edirəm.
- Azərbaycan - Lixteynşteyn matçı sizin üçün motivasiya yaratmışdı?
- Əvvəlki oyun fərqli bir matç idi. Buradakı ssenari daha fərqli idi. İki bərabər komandanın oyunu idi. Azərbaycan bir qol vurmağı bacardı və qələbəyə layiq oldu.
- Bu məğlubiyyətdən sonra qrup liderliyi şanslarının azaldığını düşünürsünüz? VAR-da verilən qırmızı vərəqənin dəyişməsi sizi təəssüfləndirdi?
- Qrup lideri olmaq şansımız hələ də var. VAR bu gün rəğbət göstərmədi. Azərbaycana daha çox xeyir verdi. Bəzi məqamlarda cərimə verilməli idi.
- Valdas Dambrauskas ilə görüşəcəyinizi bildirmişdiniz. Bu görüş baş tutdu?
- O bizə bu matçda uğurlar arzuladı.
Şərhlər