XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Prezident Ladislau-Marius Vizeri "Dostluq" ordeni ilə təltif etdi
Siyasət10:25 03.10.2026

Prezident Ladislau-Marius Vizeri "Dostluq" ordeni ilə təltif etdi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, bu təltif Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görədir.