XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib
Ölkə23:40 02.10.2026

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Qaynarinfo-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi aktivləşdirilib.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.