XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

“Fənərbağça”dan Azərbaycanla bağlı paylaşım
İdman23:51 02.10.2026

“Fənərbağça”dan Azərbaycanla bağlı paylaşım

Xəbər verdiyimiz kimi, Türkiyənin "Fənərbağça" komandası "Turan Tovuz"la yoldaşlıq oyunu üçün Bakıya gəlib.

Qaynarinfo bildirir ki, İstanbul təmsilçisinin sosial şəbəkə hesablarında Azərbaycanla bağlı paylaşım edilib. Belə ki, Azərbaycan və Türkiyənin bayraqları paylaşılaraq bu sözlər yazılıb:

"Salam, qardaş, Can Azərbaycan!".

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Turan Tovuz" - "Fənərbağça" matçı saat 20:00-da başlayacaq.