XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Türkiyədə 31 milyard lirədən çox vergi fırıldağı -  52 nəfər saxlanıldı
Dünya09:09 03.10.2026

Türkiyədə 31 milyard lirədən çox vergi fırıldağı - 52 nəfər saxlanıldı

Türkiyənin 21 vilayətində qanunsuz vergi geri ödəmələri ilə bağlı əməliyyat keçirilib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, 155 şirkətin saxta sənədlər hazırlayaraq ədalətsiz vergi geri ödəmələri aldığı müəyyən edilib.

Keçirilən əməliyyatla 52 nəfər saxlanılıb, onlardan 31-i haqqında həbs qətimkan tədbiri seçilib. Qanunsuz əldə edilən vergi ödəmələrinin ümumi həcminin 31 milyard 300 milyon 142 min 753 lirə (təxminən 1 milyard 3 milyon manat) olduğu üzə çıxarılıb.

Araşdrımaların davam etdiyi bildirilib.