Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb.
Qaynarinfo xəbər verir ki, Ayxan Abbasovun komandası 4-cü turda Litvanı qəbul edir.
8-ci km stadionunda keçiriləcək matça saat 17:00-da start verilib.
Sentyabrın 27-də komandalar arasında Litvada keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan yığması D Liqasının 2-ci qrupunda 2 xalla ikincidir. Litva isə 4 xalla liderdir.
Bu səbəbdən Azərbaycan millisi qrupda liderliyə yüksəlmək üçün bu oyunda mütləq qələbə qazanmalıdır.
UEFA Millətlər Liqası
D Liqası
II Qrup, IV tur
4 oktyabr
17.00 Azərbaycan – Litva 0:0
Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 3. Rüfət Abbasov, 4. Rahil Məmmədov, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 10. Mahir Emreli, 15. Bədavi Hüseynov (k), 18. Oruc Məmmədov, 19. Tellur Mütəllimov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rəvan Mirzəmmədov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Anatoli Nuriyev, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Ceyhun Nuriyev, 17. Vüsal İsgəndərli, 21. Rüfət Abdullazadə, 22. Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.
Litva: 12. Tomas Şvedkauskas, 3. Edqaras Utkus, 6. Modestas Vorobyovas, 7. Artur Doljnikov, 10. Armandas Kuçis, 13. Yustas Lasickas (k), 14. Vikintas Slivka, 15. Qvidas Gineitis, 18. Vilius Armalas, 20. Rokas Lekiatas, 21. Adrian Lickunas.
Ehtiyat oyunçular: 1. Lukas Paukşte, 23. Djuqas Bartkus, 2. Artemiyus Tutişkinas, 4. Faustas Steponaviçyus, 5. Kipras Kazukolovas, 8. Domantas Şluta, 9. Manfredas Ruzqis, 11. Eliyus Yankauskas, 16. Lukas Miçelbrink, 17. Deyvidas Maljinskas, 19. İqnas Venckus, 22. Motveyus Burba.
Baş məşqçi: Edqaras Yankauskas.
Baş hakim: Qustavo Korreya (Portuqaliya).
8-ci km stadionu.
Şərhlər