XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Biləsuvarda yol qəzası olub
Ölkə20:42 04.10.2026

Biləsuvarda yol qəzası olub

Biləsuvarda yol qəzası olub, xəsarət alan var.

Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Arazbari kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Belə ki, idarəetmədən çıxan avtomobil yolun kənarına aşıb. Nəticədə avtomobildə olan qadın sərnişin ağır bədən xəsarətləri alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

///teleqraf///