Bu həftəsonundan etibarən Azərbaycanda bayram tətili başlayır.
Qaynarinfo xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 2-si və 3-ü Ramazan bayramı kimi qeyd ediləcək.
Bununla da, vətəndaşlar bu həftəsonundan etibarən dörd gün ərzində istirahət edə biləcəklər.
Bayram günləri həftənin bazar ertəsi və çərşənbə axşamına düşdüyündən növbəti iş günü çərşənbə, yəni üçüncü gün olacaq.
Şərhlər