Xəbər lenti

10 milyon manatlıq sistem bu saata qədər işləmir, biabırçılıqdır!” (EKSPERT)
Ölkə 11:02 25.01.2020

10 milyon manatlıq sistem bu saata qədər işləmir, biabırçılıqdır!” (EKSPERT)

"10 milyon manatlıq sistem bu saata qədər işləmir".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadcı-ekspert Qubad İbadoğlu bildirib. O, qeyd edib ki, il ərzində normal bir layihəni icra etməyi bacarmırlar:
"Kredit Zəmanət Fondu açıqlama yayıb ki, yanvarın 22-də "Elektron ipoteka və kredit zəmanət” sistemində yaranmış texniki problemlərlə bağlı bir sıra kütləvi informasiya vasitələrində "elektron sistemin çökməsi” başlığı altında yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu məlumatı dəqiqləşdirmək üçün təkrarən https://www.e-gov.az yazıb "Enter” düyməsini sıxıram. "Elektron hökumət” portalının əsas səhifəsində "Bütün xidmətlər” bölməsində  İpoteka və Kredit Zəmanət Fondunun təqdim "Elektron ipoteka və kredit zəmanət" sisteminə daxil olmağa çalışıram. Yenə eyni məlumat çıxır ki, "Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsilə təqdim edilən "Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi" xidmətində texniki təkmilləşdirmələr aparıldığı üçün xidmət müvəqqəti dayandırılmışdır. Xidmətin fəaliyyətə başlanması vaxtı barədə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən əlavə məlumat veriləcəkdir.

Utanmadan açıqlama yayıb, deyilənləri təkzib edirlər, amma 10 milyon manatlıq sistem bu saata qədər işləmir. Bu, hələ elektron idarəçilikdir, görün bu qurumda inzibatı idarəçilik nə vəziyyətdir. Biabırçılıqdır! Ayda, ildə bir normal layihə tapırlar, onu da icra etməyi bacarmırlar".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->