Xəbər lenti

Nazir Rəşad Nəbiyev CISCO-nun baş vitse-prezidenti ilə görüşdü
Ölkə16:05 15.11.2024

Nazir Rəşad Nəbiyev CISCO-nun baş vitse-prezidenti ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan CISCO-nun baş vitse-prezidenti Meri De Vısotski ilə görüşüb.

Nazirlikdən  verilən məlumata görə, görüşdə informasiya texnologiyalarının müxtəlif sahələrində, o cümlədən süni intellekt istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Eyni zamanda şirkətlə birgə təlimlərin təşkili və ölkəmizdə regional mərkəzin yaradılması məsələləri nəzərdən keçirilib.