Beynəlxalq Futbol Federasiyası (FİFA) 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatı üçün yeni kuboku təqdim edib.
Qaynarinfo xəbər verir ki, kubok üç ayrılan hissədən ibarət qızılı disk şəklindədir. Kubokda FİFA-ya üzv olan bütün assosiasiyaların adları var.
Hazırda turnirin 32 iştirakçısından 30-u məlumdur: Çelsi, Mançester Siti, Real Madrid, Atletiko Madrid, Bayern Münhen, Borussia Dortmund, Yuventus, İnter, PSJ, Benfika, Porto, Salzburq, Əl-Hilal, Flamenqo, Monterrey, Palmeyras, Fluminense, Leon, Siettl Sounders, Əl-Əhli, Vidad, Urava Red Daymond, Oklend Citi, Esperanse, Mamelodi Sandouns, Əl-Əyn, Ulsan Hyundai, Paçuka, River Pleyt və Boka Xuniors, Inter Mayami.
2025-ci il Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Turnirin püşkatma mərasimi dekabrın 5-də keçiriləcək.
Qeyd edək ki, daha əvvəl "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Madrid klubunun Klublararası Dünya Çempionatında iştirak etməyəcəyini bildirib.
Nizami Bağırov
Şərhlər