Dekabrın 22-də saat 15:15-də naməlum şəxs mobil telefonla FHN-in "112” Xidmətinə zəng edib "Cəlilabad rayonunun Qarazəncir kəndində bomba partlayacaq” deyərək əlaqəni kəsib.
Bu barədə Qaynarinfo-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, məlumat dərhal DİN-in "102” Zəng Mərkəzi Xidmətinə ötürülüb. Birgə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.
Araşdırmalar zamanı zəngin Cəlilabad rayonunun Sabirabad kənd sakini, 10 yaşlı ruhi xəstə tərəfindən edildiyi müəyyən olunub.
Qeyd edək ki, Cəlilabadın Sabirabad və Qarazəncir kəndləri qonşudur.
Şərhlər