Mədəniyyət sahəsində çalışan işçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində bir çox tədbirlər görülüb, mənzillərin verilməsi üçün yeni mexanizmlər olarsa, ondan istifadə etməyi düşünürük.
"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, güzəştli şərtlərlə mənzillərin əldə edilməsində mövcud mexanizmlərdən istifadə edilməsi üçün müvafiq qurumlarla danışıqlar aparılır.
"Çalışacağıq ki, mədəniyyət işçiləri bu şəraitdən yararlana bilsinlər. Bunun üçün xüsusi şərtlərin mövcud olması müzakirə mövzusudur, müəyyən şərtlər var, növbəlilik prinsipi var. Mədəniyyət sahəsində çalışan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bu mexanizmlər istifadə edilməlidir. Gələcəkdə, təbii ki, əlavə olaraq xüsusi mənzillərin təqdim edilməsi baxımından yeni mexanizmlər mövcud olarsa, onlardan da istifadə etməyi düşünürük".
Şərhlər