Bilgəhdə 2 nəfər dənizdə batıb.
Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 2 nəfərin dənizdə nəzarətsiz ərazidə batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Şərhlər