XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Təbriz klubunun qapıçısı "Sumqayıt"a keçdi
İdman19:54 19.09.2026

Təbriz klubunun qapıçısı "Sumqayıt"a keçdi

"Sumqayıt" klubu heyətinə daha bir yeni futbolçu transfer edib.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda Təbrizin "Traktor" kollektivində çıxış etmiş qapıçı Marko Yohansson ilə mövsümün sonunadək müqavilə bağlayıb. 28 yaşlı isveçli qolkiper Sumqayıt təmsilçisində "16" nömrəli formada mübarizə aparacaq.

Marko Yohansson karyerası boyunca "Hamburq", "Bohum", "Ayntraxt" kimi komandalarda çıxış edib. O, vətəni İsveçin U-15–U-21 arası yaş qrupları üzrə millilərinin də şərəfini qoruyub.