Filippində bir balıqçı 10 ildən çox yatağının altında gizlətdiyi incini bələdiyyəyə təhvil verib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, eni 30, uzunluğu 67 santimetr, ağırlığı isə 34 kiloqram olan incinin həqiqi olduğu sübuta yetirilsə, dəyəri 100 milyon dollardan çox ola bilər.
Balıqçı incinin həqiqi olub olmadığını bilmədiyini, sadəcə uğur gətirməsi üçün yatağının altında saxladığını deyib.
Rəsmilərin bildirdiyinə görə, balıqçı incini sərgilənməsi üçün Puerto Princesa Bələdiyyəsində turizm təmsilçisi olan xalasına verib. Hazırdı inci bələdiyyə binasında bir şüşənin içərisində nümayiş olunur.
Qeyd edək ki, dünyanın ən böyük incisi 1939-cu ildə yenə bu adada tapılan Lao Tzu incisidir. 6,4 kiloqram ağırlığında olan daşa 2003-cü ildə 93 milyon dollar dəyər verilib.
Şərhlər