Sərnişin təyyarəsi qəzaya uğradı: 110 nəfər həlak olub (FOTO/VİDEO/YENİLƏNİB)
Kubada havaya qalxdıqdan az sonra qəzaya uğrayan "Boeing 737" sərnişin təyyarəsində 110 nəfər həlak olub.
Qaynarinfo ölkənin rəsmi qəzeti "Granma"ya istinadən xəbər verir ki, qəzadan cəmi 3 nəfər xilas olub. Həmin şəxslərin yaralı olduğu və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Kubanın dövlət başçısı Migel Diaz-Kanel və hökumət rəsmiləri olay yerinə gəlib.
***23.10
Kubada qəzaya uğrayan "Boeing 737" sərnişin təyyarəsinin göyərtəsində 113 nəfər olub.
Qaynarinfo xəbər verir ki, onlardan 104-ü sərnişin, 9 nəfər ekipaj üzvləridir. Təyyarə Boyeros şosesində yerə çırpılıb.
Yerli "Granma” qəzetinin xəbərinə görə, hadisə nəticəsində 3 nəfər sağ qalıb. Onların xəstəxanaya yerləşdirildiyi, vəziyyətlərinin ağır olduğu bildirilir. Ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.
***22.30
Kubanın paytaxtı Havanadan havaya qalxan "Boeing 737" tipli sərnişin təyyarəsi qısa müddət sonra qəzaya uğrayıb.
Qaynarinfo xarici mediaya istiadən xəbər verir ki, təyyarədə 104 sərnişin olub. Təyyarənin düşdüyü yerə çox sayda ambulans və xilasedici cəlb olunub. Ölənlərin sayı barədə məlumat verilmir.
Təyyarənin Kuba Hava Yollarına aid olduğu və 27 ildi istifadə edildiyi bildirilir. Hadisə şahidlərinin sözlərinə görə qəzadan sonra güclü partlayış olub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər