"Avropada Donald Trampın Ağ Evə qayıdışı ilə bağlı qlobal çaxnaşma dövründə qitəni idarə edə biləcək güclü lider yoxdur".
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" (NYT) yazıb.
"Donald Trampın ABŞ prezidentliyinə qayıdışı onsuz da iqtisadi durğunluq içində və şərq sərhədində müharibə ilə üz-üzə olan Avropa üçün tənha və təhlükəli bir dövr ola bilər", deyə nəşr qeyd edib.
Müəllliflərin fikrincə, Almaniya və Fransa çətin ki, yaranmış problemlərin öhdəsindən gələ bilsin. Qəzetin yazdığına görə, Almaniya Olaf Şoltsun hakim koalisiyasının dağılmasından sonra "siyasi iflic" yaşayır və Emmanuel Makron 2027-ci ildə yenidən seçilə bilməyəcəyinə görə onun mövqeyi birinci dövründəkindən xeyli zəifləyib.
"Avropada güclü liderliyin olmaması Rusiyanı cəsarətləndirə və Avropanın Trampın təhrik edə biləcəyi qlobal ticarət müharibəsinə cavab vermək qabiliyyətini məhdudlaşdıra bilər", deyə NYT yazıb.
Bundan əvvəl Avropadakı Müttəfiq Qüvvələrin keçmiş Ali Baş Komandanı və istefada olan admiral Ceyms Stavridis hərbi bloka qarşı dəfələrlə sərt ifadələr səsləndirən Donald Trampın Ağ Evə qayıtması ilə əlaqədar Alyans daxilində "daxili gərginlik" barədə xəbərdarlıq etmişdi.
Aydın
Şərhlər