Ekonomiks 14:52 05.09.2015

1,3 milyard manat “batıb”

31 iyul 2015-ci il tarixinə banklarda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 294,8 milyon manat təşkil edib.

Qaynar.info “Marja”ya istinadən bildirir ki, iyul ayında ödəmə vaxtı keçmiş kreditlər 43,9 milyon manat və ya 3.3% azalıb. Belə ki, İyun ayının sonunda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 mlyard 338,7 milyon manat idi.

Ödəmə vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 6.6%-dən 6.4%-ə düşüb. İyul ayında kredit təşkilatlarının cəmi kredit qoyuluşları 101 milyon manat azalaraq iyun ayının sonundakı 20 milyard 288,5 milyon manatdan 20 milyard 187,5 milyon manata düşüb.

Eyni dövrdə ev təsərrüfatlarına verilən kreditlər 7 milyard 884,6 milyon manatdan 7 milyard 769,9 milyon manata geriləyib.

Qaynar.info