Ölkə 17:37 19.10.2019

14 marşrut xətti ilə bağlı qərar ləğv olundu

"28 May” Nəqliyyat Mübadilə Mərkəzindən keçən 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb.

Bu barədə Qaynarinfo-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, artıq avtobuslar əvvəlki hərəkət sxemi üzrə sərnişinlərə xidmət edirlər.