Xəbər lenti

İdman 16:35 26.04.2024

AFFA Yüksək Liqa klubunu çempionatdan kənarlaşdırdı

AFFA daha bir komandanı yarışlardan kənarlaşdırıb. 
 
Qaynarinfo-nun məlumatına görə, aprelin 24-də keçirilməli olan futzal üzrə Yüksək Liqanın 19-cu turunun "Record club” – "Araz Naxçıvan” oyununda meydan sahibləri təyin edilən vaxtda meydanda olmayıb.
 
Bu səbəbdən "Record Club"a 0:5 hesablı texniki məğlubiyyət verilib. Üstəlik eyni hal cari mövsümdə üçüncü dəfə yaşandığına görə komanda yarışlardan kənarlaşdırılıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->