1500 namizədin içində Anar Əsədli necə fərqləndi?

1500 namizədin içində Anar Əsədli necə fərqləndi?

125 saylı Zəngilan-Qubadlı seçki dariəsindən Anar Əsədlinin seçki kampaniyasının üstünlükləri və çatışmazlıqları

Deputatlığa namizədlərin seçki kampaniyaları finişə doğru irəliləməkdədir. Marafona qoşulan namizədlər bu prosesdə kampaniya aparmaq bacarıqları və peşəkarlıqlarına görə bir-birindən kəskin fərqlənirlər. Ötən 15 illik passiv siyasi seçki dövründən sonra bu proses nə qədər maraqlı və rəngarəng olsa da, kifayət qədər təcrübəsiz kampaniya aparan namizədlərə rast gəlinir. Belə ki, onlar arasında hələ də seçki platforması və sloqanını ortaya qoymayan namizədlər var. Eyni zamanda, seçiciyə həddən artıq böyük vədlər verən, populist çıxışlar edən namizədlərin sayı da kifayət qədərdir. Hətta son 20 ildə 5 dəfə deputatlığa namizədliklərini irəli sürsələr də – onlara el dilində "namizəd işləyən” deyirlər ­– seçki kampaniyasının necə aparılmasını bilmirlər və özlərini biabır etməklə məşğuldurlar.

Bütün bu qarmaqarışıq, qeyri-peşəkar səviyyədə yürüdülən seçki prosesində öz professionallığı, çağdaşlığı və müasir seçki texnologiyalarına əsaslanan çevik kampaniya aparan namizədlər də var. Onlar əsasında ən çox diqqət çəkənlərdən biri də deputatlığa namizədliyi Zəngilan-Qubadlı ictimaiyyətinin formalaşdırdığı Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Anar Əsədlidir. Onun namizədliyi 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən qeydə alınıb.
 


Seçki prosesi başlayandan bəri Anar Əsədlinin və komandasının təbliğat kampaniyasına hazırlığını izləyən, eyni zamanda, namizədin seçicilərlə görüşündə iştirak edən əməkdaşımızın qeydlərini oxucularımıza təqdim edirik.

Anar Əsədli seçki strategiyasını qurmaq, komandasını formalaşdırmaq üçün deputatlığa namizədliyinin təsdiq olunmasını gözləmədi. Bu, onun proses həssas və peşəkar yanaşmasının və maksimalist olduğunun göstəricisidir. mükəmməliyyətçi olduğunu göstərdi. Verdiyi mesaj: nəticəsinin nə olmasından asılı olmayaraq, ortaya professional iş qoymaq lazımdır.

Anar Əsədli bu məsuliyyətli işi peşəkarlığın cəlb olunduğu komandası ilə həyata keçirməyə başladı.

Komandada yer alan nəsillər arasında yaş fərqi olsa da, namizədin liderlik və idarəetmə bacarığı onları ustalıqla bir araya gətirib, bir hədəf uğrunda çalışmağa sövq edə bilir. Üstəlik, komandanın əksər üzvləri ictimaiyyət arasında tanınan şəxslər, belə desək, potensial millət vəkilliyinə namizədlərdir.
Dövlətin həyata keçirmək istədiyi dəyişiklik prosesini yüksək siyasi intiusiya ilə gündəmə gətirən, cəmiyyətin – xüsusilə seçicilərin seçki prosesinə inamsızlığını aradan qaldıracaq, ümumiyyətlə, ölkədəki müsbət dəyişikliyə hazırlayan yenilikçi bir sloqanla ortaya çıxdı. Bu şüar bundan sonra prosesə qoşulan xeyli namizəd üçün stimul oldu və öz sloqanlarında "dəyişiklik” terminindən istifadə etməyə başladılar.

Seçki posterində bəzi namizədlərdəki kimi qarmaqarışıqlıq yoxdur. Rənglərin düzgün istifadəsi, namizədin yenilikçi, işgüzar və pozitiv obrazı kənardan diqqət çəkir. Posterlərə baxanda bu pozitivliyi və fərqliliyi gücləndirən özgüvən və xarizmatik xarakter hiss olunur.

Komandanın peşəkarlığını və işə məsuliyyətlə yanaşması onun üçün önəmlidir. Yeganə namizəddir ki, bunu təmin etməkdən ötrü komandasına seçki qərargahında təlimlər keçirdi.

Rəqiblərin bir-birinə qarşı qara PR apardığı və rəqabəti şəxsi davaya çevirdiyi bu prosesdə onun seçki mədəniyyəti sərgiləməsi rəğbət doğurur. O, rəqiblərinə qarşı qanuna və əxlaqazidd ifadələrdən istifadə etmir, bu yola da onlara uğur diləyərək başladı. Anar Əsədli ancaq öz kampaniyası ilə məşğuldur və hədəfinə doğru qətiyyətlə addımlayır.
 


Təbliğat-təşviqat kampaniyasında komandanın operativliyi və dinamikliyi diqqət çəkir. Belə ki, seçki platformasını ilk açıqlayan namizəd olmaqla yanaşı, seçicilərlə görüşlərin operativ şəkildə foto və videogörüntüləri yayımlanır. Hətta qapalı görüşlərdən canlı yayım edilməsi namizədin səsləndiriləcək fikir və tənqidlərə tam hazırlıqlı olduğunun göstəricisidir. Seçicilərdə görüşdə, həmçinin, namizədin kütləni ələ ala bilmək bacarığını özünü büruzə verdi.
Kampaniya boyu diqqət çəkan mqəamlardan biri də namizədin seçicilərlə görüş zamanı özünə səs istəməməyi oldu. O, seçiciləri sadəcə seçkilərdə aktiv iştirak etməyə çağırır. Bu prinsip sosial mediada aparılan təbliğat-təşviqat kampaniyasında da gözlənilir.

Sosial şəbəkələrdə aktivlik nümayiş etdirməklə sistemli iş qrafiki ilə çalışdıqlarını və şəffaf kampaniya apardıqlarını ortaya qoymuş olurlar. Üstəlik, namizəd və komanda hər günün əsas hissəsi seçicilərlə görüşdə olur və görüşlər maraqlı təqdimatla izləyicilərə çatdırılır.

Namizədin çoxsaylı gənci, cəmiyyətdə nüfuzu olan şəxsləri ətrafında könüllülük əsasında toplaya bilməsi olan güvəni, etimadı ifadə edir. Bu güvən isə namizədin sağlam bioqrafiya və əqidəsinə, bu günə qədərki ictimai fəaliyyətinə söykənir. Könüllük təbii olaraq ikinci bir şüarı da ortaya çıxardı. Namizəd "Mən qazanacam!” deyil, bütün komandası və seçicilərinin dilindən səslənən "Biz qazanacağıq!” sloqanı ilə yola davam etdi.
 


Anar Əsədlinin seçki kampaniyasının bütün müsbət cəhətləriylə yanaşı, təbii ki, çatışmazlıqları da var. Onlar əsasən texniki nöqsanlardır. Belə ki, seçicilərlə ilk görüşə təyin olunan vaxtda yetişə bilmədilər. Həmçinin, seçicilərlə görüşə getdikləri nəqliyyat vasitəsi – mikroavtobus sadəlik və təbiilik baxımdan diqqət çəksə də, üstündə seçki ab-havasına uyğun posterləri ilə bəzədilməməsi təəccüb doğurdu. Daha bir gözəçarpan texniki qüsur qapalı görüşlərdə bir rolapdan istifadə olunması oldu. Qeyd etdiyimiz kimi, seçki kampaniyasında iki sloqanla çıxış etsələr də, görüşlərdə bir şüarlarını təqdim etdilər. Nəhayət, seçicilərlə ilk qapalı görüşdə çıxış edən vəkillərinin namizəddən nisbətən geri qaldığı hiss edildi. Bütün proses boyu maksimalist yanaşma göstərən namizədin bu məqamı nəzərə alması yaxşı olardı.

Anar Əsədlinin seçki kapmaniyasını bu sosial media vasitılərindən izləyə bilərsiniz:

Facebook: Anar Əsədli – https://www.facebook.com/Anar.Asadli79/


XƏBƏRLƏR
BLOGLAR