Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilib.
DİM-dən Qaynarinfo-ya verilən məlumata görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb.
Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub. İmtahanda iştirak edən 206 namizəddən 158 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.
Şərhlər