Ölkə 09:38 13.04.2021

16 il 3 rayona rəhbərlik etmiş şəxs vəfat etdi

Uzun illər yüksək vəzifələrdə çalışmış Aslan Nəsibov vəfat edib.

1972-1988-ci illərdə Dəvəçi (Şabran), Xaçmaz və Tovuz rayonlarında partiya komitəsinin birinci katibi vəzifəsini tutumuş, eləcə də digər müxtəlif vəzifələri tutmuş A.Nəsibov 92 yaşında vəfat edib.

Qeyd edək ki, Nəsibov Aslan Yunis oğlu 1931-ci il noyabrın 10-da Oğuz rayununun Kərimli kəndində anadan olub. O, Azərbaycan Kommunist Partiyasının 3 qurultayında Mərkəzi Komitənin üzvü seçilib. 1955-ci ildə keçmiş Naxçıvan MSSR Ali Sovetinin, 1951-ci ildə Keşlə, 1967-ci ildə Nərimanov rayon sovetlərinin, 1972-1991-ci illərdə IX, X, XI çağırış Azərbaycan SSR Ali Sovetinin, 1973-1991-ci illərdə Dəvəçi, Xaçmaz və Tovuz rayonlarının Xalq Deputatları Sovetinin deputatı seçilib. 1976-cı ildə is keçmiş Sov.İKP-nin XXV qurultayının nümayəndəsi olub. //Publika.az