Rusiya Federasiyası Miqrasiya Xidmətinin Stavropol diyar idarəsi 156 miqrantı deportasiya edib.
Musavat.com-un Rusiya KİV-lərinə istinadən məlumatına görə, onlardan 17 nəfəri Azərbaycan vətəndaşıdır.
Məlumata görə, həmyerlilərimiz 90 gün müddətində Rusiya Federasiyasında qalmaq haqda müddəti başa vursalar da, sonradan miqrasiya qaydalarına riayət etməyiblər.
Onlar 5 il müddətinə Rusiya ərazisinə daxil ola bilməyəcəklər.
Şərhlər