Sənət 09:36 15.04.2014

18 yaşlı azərbaycanlı Ukraynanı heyrətə gətirdi - VİDEO


18 yaşlı Vaqif Nağıyevin "Səs" (The voice) lahiyəsinin Ukrayna versiyasında iştirakı davam edir.

Dünyanın məşhur "Səs" (The voice) lahiyəsinin Ukrayna versiyasında iştirak edən azərbaycanlı yenidən ukraynalıları heyran edib.

Xarkovda yaşayan 18 yaşlı azərbaycanlı iştirakçı Vaqif Nağıyevin növbəti çıxışı maraqla qarşılanıb.

Layihədə iştirakını jüri Tamara Qvertisellinin komandasında davam etdirən Vaqifin çıxışı keçən dəfə olduğu kimi yenə münsiflər heyətini müsbət qiymətləndiriblər.

Xatırladaq ki, Vaqif Nağıyev müsabiqənin ilk mərhələsində Sergey Lazarev, Ani Lorak, Tamara Qverdçiteli və Svyatoslav Vakarçukun daxil olduğu münsiflər heyətinin qarşısında görkəmli Azərbaycan sənətkarı Müslüm Maqomayevin repertuarından "Sinyaya veçnost" mahnısını ifa etmişdi (ANS PRESS).

Qaynar.info